TREVA Real Estate-də satış müqavilələri üzrə menecer olaraq müqavilələrin icrası, müştəri müraciətləri və CRM proseslərini idarə edir.
Daşınmaz əmlak dünyasında adətən bütün diqqət və enerji satışın reallaşdığı an üzərində cəmlənir. Lakin təcrübə göstərir ki, müştəri üçün ən həlledici və emosional baxımdan yüklü mərhələ məhz müqavilə imzalandıqdan sonra başlayır.