Treva Real Estate Daşkənddə keçirilən “Dvizhenie” beynəlxalq forumunda iştirak etdi
.webp)
İki gün davam edən intensiv görüşlər, yeni tanışlıqlar və beynəlxalq əməkdaşlıqlar — Treva Real Estate komandası Daşkənddə keçirilən “Dvizhenie” beynəlxalq forumunda iştirak edərək regionun aparıcı daşınmaz əmlak nümayəndələri ilə bir araya gəldi. Tədbir müxtəlif ölkələrdən brokerləri, investorları və devloperləri bir platformada toplayaraq bazarın gələcək istiqamətləri ətrafında müzakirələr aparmaq üçün geniş imkan yaratdı.
.webp)
Forum çərçivəsində komanda bir sıra strateji görüşlər keçirərək yeni bazarlarda birgə satış imkanlarını müzakirə etdi, mövcud tərəfdaşlarla əlaqələri möhkəmləndirdi və beynəlxalq broker şəbəkələri ilə əməkdaşlıq perspektivlərini genişləndirdi. Bu görüşlər Treva Real Estate-in qlobal inkişaf strategiyasının növbəti mərhələsinə keçid üçün vacib addımlardan biri oldu.
Broker Relations Manager olaraq tədbirdə Treva Real Estate-in beynəlxalq əməkdaşlıq modeli təqdim edildi və platformamız üzərindən miqyaslana bilən iş prinsipləri paylaşdı. Şirkətin əsas fokusunun sistemli yanaşma, şəffaf tərəfdaşlıq şərtləri və yüksək kapitalizasiya potensialına malik layihələr üzərində qurulduğu vurğulandı — bu isə beynəlxalq bazarın bu gün axtardığı əsas meyarlardandır.
.webp)
Daşkənd forumu bir daha göstərdi ki, daşınmaz əmlak sektoru getdikcə qlobal xarakter alır və güclü oyunçular əməkdaşlıq vasitəsilə inkişaf edir. Treva Real Estate üçün beynəlxalq istiqamət ayrıca layihə deyil, şirkətin uzunmüddətli strategiyasının ayrılmaz hissəsidir. Bu kimi platformalarda iştirak isə yeni əlaqələrin qurulmasına, bilik mübadiləsinə və gələcək inkişaf nöqtələrinin müəyyənləşdirilməsinə xidmət edir.
.webp)



%20(1)%20(1)%20(1)%20(1)%20(1).png)





