Sizə uyğun mənzil növü hansıdır?
%20(1)%20(1)%20(1)%20(1)%20(1).png)
Doğru mənzil seçimi artıq təkcə studiya və ya 1–2 yataq otaqlı mənzillər arasında qərar verməklə bitmir. Bu gün alıcılar öz ehtiyaclarına və uzun müddətli planlarına uyğun olaraq, funksional studiyalardan tutmuş geniş çox otaqlı yaşayış sahələrinə qədər müxtəlif variantları nəzərdən keçirirlər.
TREVA Real Estate olaraq biz müştərilərimizi bu seçim prosesində hər gün dəstəkləyirik. İstər ilk mənzilinizi alırsınız, istər yaşayış səviyyənizi yüksəldirsiniz, istərsə də investisiya məqsədilə daşınmaz əmlak axtarırsınız – düzgün qərar verməkdə biz sizə kömək edirik.
Mövcud bazar tendensiyaları göstərir ki, alıcıların əksəriyyəti kompakt və funksional yaşayış sahələrinə üstünlük verir. Ümumi satışların təxminən 60%-i studiya mənzillərin, təxminən 30%-i 1 yataq otaqlı, 10%-dən bir qədər çoxu isə 2 yataq otaqlı mənzillərin payına düşür. Bu da əlçatan qiymət, komfort və investisiya potensialını birləşdirən məkanlara artan tələbatı əks etdirir.
Gəlin hər mənzil növünün üstünlüklərinə nəzər salaq. Bu məqalədə əsas diqqət studiya, 1 və 2 yataq otaqlı mənzillərə yönəldiləcək, lakin TREVA Real Estate portfelində daha geniş ehtiyaclara uyğun çox yataq otaqlı yaşayış sahələri də mövcuddur.

Niyə studio mənzillər daha çox seçilir?
Studiya mənzillər alıcılar arasında ən çox seçilən variant olaraq qalır.
Onlar kim üçün uyğundur?
- Gənc sahibkarlar və ya ilk dəfə ev alanlar üçün
- Yüksək kirayə dəyəri axtaran investorlar üçün
- Minimalist yaşayış tərzinə üstünlük verənlər üçün
Əlçatan qiymət və sabit kirayə dəyəri sayəsində studiyalar daşınmaz əmlak bazarına daxil olmaq üçün ən sərfəli seçimlərdən biri hesab olunur. Effektiv planlama və likvidlik onları investisiya baxımındanda cəlbedici edir.
Əgər məqsədiniz yüksək tələb ilə münasib qiyməti birləşdirməkdirsə, studiya mənzil ideal başlanğıcdır.
.webp)
1 yataq otaqlı mənzillər niyə sahə və komfort baxımından balanslı seçimdir?
1 yataq otaqlı mənzillər cütlüklər və uzun müddətli yaşayış planlayanlar üçün optimal balans təqdim edir. Elə mənzillər studiya və 1 yataq otağını özündə birləşdirir.
Əsas üstünlükləri:
- Ayrı yaşayış və yataq sahələri
- Daha çox məxfilik və funksionallıq
- Güclü satış və kirayə potensialı
Alıcı marağının təxminən üçdə birini təşkil edən 1 yataq otaqlı mənzillər həm şəxsi yaşayış, həm də investisiya üçün uyğun seçimdir. Belə ki, bu tip mənzillər əlavə rahatlıq istəyən, lakin büdcəni aşmaq istəməyən alıcılar üçün idealdır.
2 yataq otaqlı mənzillər davamlı rahatlığı necə təmin edir?
2 yataq otaqlı mənzillər adətən kiçik ailələrdən tutmuş gələcəkdə ailəsini böyütməyi düşünənlər və ya əlavə iş/istirahət otağına ehtiyacı olan şəxslər tərəfindən seçilir. Bu mənzillərin planı studiya və 2 yataq otağını özündə birləşdirir.
Təklif edilən
- Daha geniş yaşayış sahəsi
- Ailə üçün uyğun planlama
- Uzun müddətli rahatlıq
Ümumi satışlarda payı nisbətən azolsa da, 2 yataq otaqlı mənzillər sabitlik və komfort axtarışında olan alıcılar üçün əvəz edilməz seçimdir.
TREVA Real Estate ilə doğru seçimi edin
Hər alıcının yolu fərqlidir. Sizin üçün ideal mənzil həyat tərzinizdən, büdcənizdən və gələcək planlarınızdan asılıdır. Mənzil alma məqsədinizdən asılı olmayaraq, TREVA komandası seçim mərhələsindən tutmuş alqı-satqı proseslərinin tamamlanmasına qədər hər mərhələdə yanınızdadır.


.webp)






