Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Tədbir
25.05.2026

BRABUS ISLAND Baku Layihəsinin Rəsmi Təqdimat Gecəsi

BRABUS ISLAND Baku Layihəsinin Rəsmi Təqdimat Gecəsi
This is some text inside of a div block.

22 may 2026-cı il tarixində Sea Breeze-də daşınmaz əmlak sahəsində yeni bir dövrün başlanğıcı olan BRABUS Island Baku layihəsinin eksklüziv təqdimat gecəsi baş tutdu. Elektra Hall-da təşkil olunan tədbir, alman mühəndisliyini və unikal dənizkənarı lifestyle konseptini birləşdirərək Bakının memarlıq xəritəsinə fərqli bir nəfəs gətirdi.

BRABUS brendinin cəsarətli xarakterini memarlığa daşıyan BRABUS Island Baku, sakinlərinə fərdiləşdirilmiş bir həyat tərzi təqdim edir.

BRABUS-un "One-Second-Wow" Fəlsəfəsi Sea Breeze-də

Tədbirin ana xəttini qlobal dizayn nəhəngi BRABUS-un məşhur "One-Second-Wow" missiyasını dəniz kənarı rezidensiya konsepti ilə eyniləşdirmək təşkil edirdi. Bakının beynəlxalq və müasir yaşayış mərkəzi kimi vizyonunu əks etdirən layihə, Avropa və Asiyanın kəsişməsində cəsarətli və tam fərdiləşdirilmiş memarlıq nümunəsi olaraq diqqət çəkdi.

Qlobal Tərəfdaşlıq və Vizyon: Səhnədəki Əsas Çıxışlar

Tədbirin rəsmi hissəsində layihənin tərəfdaşları və rəhbərləri gələcək planlar və qlobal vizyon barədə ətraflı məlumat paylaşdılar:

  • Orxan Mustafayev (Sabah Investment Group Təsisçisi və İdarə Heyətinin üzvü): Şirkətin regional inkişaf strategiyasından və layihənin Azərbaycanın daşınmaz əmlak bazarına qatacağı unikal investisiya dəyərindən danışdı.
  • Emin Ağalarov (Agalarov Development şirkətinin prezidenti və Sea Breeze-in təsisçisi): Sea Breeze ekosisteminin qlobal brendlərlə tərəfdaşlıq potensialını və BRABUS Island-ın bu sahədə yeni bir zirvə olduğunu vurğuladı.
  • Constantin Buschmann (Owner & CEO of BRABUS): Alman brend mirasının memarlıq elementlərinə necə inteqrasiya edildiyini və layihənin hər bir detalındakı yüksək performans ruhunu qonaqlara çatdırdı.

İnteraktiv Təqdimat: Teaser Video və Memarlıq Maketinin Açılışı

Gecənin ən dinamik anı layihəyə həsr olunmuş rəsmi teaser videonun nümayişi və BRABUS ISLAND Baku layihəsinin memarlıq maketinin xüsusi rəqs şousu müşayiəti ilə təqdim edilməsi oldu. Qonaqlar adanın eksteryer həlləri, özəl marinası və dənizə birbaşa çıxışı olan Twin Villaların memarlıq detalları ilə yaxından tanış oldular.

Tədbirin Sürprizi: Gecənin ilk dəqiqələrində, layihənin rəsmi təqdimatından əvvəl Sabah Investment Group-un təsisçisi Orxan Mustafayevin Agalarov Development-in prezidenti Emin Ağalarova eksklüziv dizaynlı BRABUS motosikleti hədiyyə etməsi tədbirin ən yaddaqalan anlarından birinə çevrildi. Bu təqdimat brendin cəsarətli və güclü xarakterini bir daha təsdiqlədi.

Canlı Performanslar və Eksklüziv Satış Atmosferi

Gecənin Eksklüziv Qonaqları: Ölkənin tanınmış influencerləri və rəqəmsal dünyanın nüfuzlu simaları da bu xüsusi təqdimatda bir araya gəlmişdilər. Onların gecədən paylaşdığı unikal anlar rəqəmsal mediada böyük əks-səda doğurdu.

Rəsmi hissədən sonra qonaqlar Isfar SarabskiAisel-in canlı musiqili çıxışları ilə axşamın dadını çıxardılar, ardınca isə gecə dinamik DJ Duo performansı ilə davam etdi.

Musiqili proqramla paralel olaraq, Elektra Hall-da investorlar və qonaqlar üçün xüsusi satış və konsultasiya zonası fəaliyyət göstərdi. Özəl mühitdə keçən bu hissədə, layihədən mənzil sahibi olmaq istəyənlər üçün ilk rəsmi satışlar və ilkin rezervasiya imkanları reallaşdı. 

BRABUS Island Baku, adi standartları qəbul etməyən və həyatın hər anında ən yaxşısını tələb edənlər üçün yaradılıb. Bu məkan fərdi üsluba, kəskin detallara və sonsuz rahatlığa önəm verənlərin yeni ünvanıdır.

Xəzər sahilində qaydaları dəyişən alman gücü və möhtəşəm dənizkənarı yaşam artıq tək bir nöqtədə, Sea Breeze-də birləşir. Sərhədləri aşmağın və BRABUS üslubunda yaşamağın tam zamanıdır.

No items found.