Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Why Global Investors Are Looking to the Region
Bloq
02.06.2026

Sea Breeze-də ev almaq üçün ilkin ödəniş nə qədərdir?

Sea Breeze-də ev almaq üçün ilkin ödəniş nə qədərdir?
This is some text inside of a div block.

Sea Breeze-də mənzil almaq üçün minimum ilkin ödəniş adətən layihə dəyərinin 20%-30%-i təşkil edir. TREVA Real Estate vasitəsilə təklif olunan xüsusi kampaniyalarda, xüsusilə Arabian Ranches, Reportage Heights və Panorama by ELIE SAAB layihələrində 30/70 modeli tətbiq olunur ki, bu da tikinti müddətində 0 AZN aylıq ödəniş imkanı yaradır.

Sea Breeze layihələrində ödəniş planları artıq fərqlidir

TREVA-nın tərəfdaş kimi çalışdığı dörd əsas Sea Breeze layihəsi (Arabian Ranches, Reportage Heights, Panorama by Elie SaabMarina Village) alıcıya daha çevik ödəniş arxitekturası təklif edir. Hazırda bu layihələrin bir çoxunda ilkin ödəniş 20%-ə qədər enə bilir, xüsusi kampaniyalar çərçivəsində isə daha əlverişli şərtlər mövcud olur.

Konkret nümunə kimi Arabian Ranches-də aktiv olan 30/70 kampaniyasını göstərə bilərəm. Bu modeldə alıcı mənzil dəyərinin 30%-ni ilkin ödəniş kimi rəsmiləşdirir və tikinti müddəti ərzində 0 AZN aylıq ödəniş edir; yəni alıcının cash flow-una heç bir əlavə yük düşmür. Qalan 70% açar təhvili zamanı, yəni mənzil tam hazır olduğu anda ödənilir. Eyni 30/70 modeli Reportage Heights və Panorama by ELIE SAAB layihələri üçün də aktivdir.

Bu struktur dünya standartlarına uyğundur və yerli bazar üçün əhəmiyyətli bir dəyişikliyin əlamətidir: developer-investor münasibətləri artıq qarşılıqlı riskin daha dəqiq paylanması üzərində qurulur, alıcı isə kapitalını daha çevik idarə etmək imkanı qazanır.

Maliyyə baxımından bu niyə vacibdir?

Sual sadə görünür: hansı ödəniş planı daha yaxşıdır? Cavab isə alıcının profilindən asılıdır və bu sualı düzgün cavablandırmaq üçün üç dəyişəni eyni anda nəzərə almaq lazımdır: fürsət xərci, kapital azadlığıümumi ödəniş yükü.

  • 50% və daha yüksək ilkin ödəniş adətən daha böyük endirim qazandırır. Developer üçün bu, balansda təminat deməkdir; alıcı üçün isə qısamüddətli güzəşt. Lakin 50% bağlanmış kapital, başqa bir investisiyada illik 8–12% gəlir gətirə bilər. Bu itirilmiş gəlir, başqa sözlə fürsət xərci, real bir rəqəmdir və ödəniş planı seçimində nəzərə alınmalıdır.
  • 30/70 və ya 20/80 kimi modellər isə fərqli loqika ilə işləyir. Alıcı ilkin mərhələdə az kapital qoyur, qalan kapitalını alternativ aktivlərdə saxlayır, tikinti müddətində mənzilin dəyər artımından (kapital qazancı) faydalanır və açar təhvil zamanı qalan hissəni, adətən artıq dəyəri qalxmış aktivin müqabilində, ödəyir. Bu, klassik leverage prinsipinin daşınmaz əmlaka tətbiqidir; sadəcə bank kreditindən fərqli olaraq, burada faiz xərci developer tərəfindən subsidiyalaşdırılır.

Bizim Data komandası olaraq müşahidələrimiz göstərir ki, 30/70 modeli xüsusən iki kateqoriya alıcı üçün optimaldır:

  • birincisi, kirayə gəliri və ya kapital artımı məqsədilə investisiya edən alıcılar;
  • ikincisi, mənzili əsas yaşayış yerinə çevirməyi planlaşdıran, lakin tikinti müddətində aylıq ödəniş yükündən çəkinən ailələr. 50% və daha yüksək ilkin ödəniş isə, kapitalı dərhal yerləşdirmək istəyən və endirim əldə etməyi prioritet sayan alıcılar üçün məntiqlidir.

Sea Breeze Layihəsi Qiymətləri və İnvestisiya Cəlbediciliyi

Sea Breeze ev qiymətləri layihənin yerləşdiyi zonadan və mənzilin dənizə yaxınlığından asılı olaraq formalaşır. TREVA Real Estate Sea Breeze portfelindəki layihələrdə qiymət artımı tikinti müddətində alıcının qoyduğu ilkin kapitalla müqayisədə yüksək rentabellidir.

Qeyd: 30/70 modelində 30% ödəniş edən investor, mənzilin 100%-lik dəyər artımından faydalanır. Bu, Bakıda əmlak agentlikləri tərəfindən təklif olunan ən effektiv maliyyə arxitekturasıdır.

Sea Breeze-də Mənzil Almaq Üçün 3 Addım

  1. Layihə Seçimi: Arabian Ranches, Reportage Heights və ya Panorama by ELIE SAAB layihələri arasından hədəfinizə uyğun olanı seçin.
  2. Maliyyə Analizi: Sea Breeze ilkin ödəniş minimum (20% və ya 30%) məbləği rəsmiləşdirin.
  3. Açar Təhvil: Tikinti müddətində heç bir əlavə ödəniş etmədən mənzilin təhvilini gözləyin və qalan 70%-i mənzil hazır olduqda ödəyin.

30/70 ödəniş planında tikinti müddətində heç bir ödəniş varmı?

Xeyr. İlkin 30% ödənişdən sonra mənzil təhvil verilənə qədər heç bir aylıq ödəniş tələb olunmur.

Hansı Sea Breeze layihələrində 30/70 modeli aktivdir?

Hazırda Arabian Ranches, Reportage Heights və Panorama by Elie Saab layihələrində bu model təqdim olunur. Marina Village üçün konkret kampaniya şərtlərini TREVA komandasından dəqiqləşdirmək olar.

İlkin ödəniş aşağı olduqda mənzilin son qiyməti dəyişir?

Xeyr. Daxili kredit faizsiz olduğu üçün ödəniş planı seçimindən asılı olmayaraq mənzilin son qiyməti dəyişmir. Sadəcə yüksək ilkin ödəniş daha böyük endirim qazandıra bilir; ödəniş planının özü ümumi məbləği artırmır.

Daxili kredit və 30/70 arasında əsas fərq nədir?

Daxili kredit modelində alıcı tikinti müddətində aylıq ödəniş edir; 30/70 modelində isə tikinti müddətində ödəniş yoxdur, qalan məbləğ açar təhvili zamanı vahid ödəniş kimi həyata keçirilir.

20% ilkin ödəniş ilə hansı layihələrdə mənzil sahibi olmaq mümkündür?

Sea Breeze daxilində bir neçə layihə müxtəlif mərhələlərdə 20% ilkin ödəniş imkanı təklif edir. Cari mövcud variantları və hər layihəyə uyğun ödəniş strukturlarını öyrənmək üçün TREVA komandası ilə birbaşa əlaqə saxlamağınız tövsiyə olunur.

No items found.